...

İndoneziyada qəzaya uğrayan təyyarənin göyərtəsində 188 nəfər olub (FOTO) (YENİLƏNİB-2)

Dünya xəbərləri Materials 29 Oktyabr 2018 08:18 (UTC +04:00)
İndoneziyanın Yava adasın yaxınlığında suya batan "Lion Air" aviaşirtkəinin təyyarəsinin göyərtəsində ən azı 188 nəfər olub.
İndoneziyada qəzaya uğrayan təyyarənin göyərtəsində 188 nəfər olub (FOTO) (YENİLƏNİB-2)

Bakı. Trend:

İndoneziyanın Yava adasının yaxınlığında suda batan "Lion Air" aviaşirtkəinin təyyarəsinin göyərtəsində ən azı 188 nəfər olub.

Trend-in məlumatına görə, bunu yerli hakimiyyət nümayəndələrinə istinadən "Reuters" agentliyi bildirib.

Ölkənin xilasetmə xidmətinin nümayəndəsi, öz növbəsində, bildirib ki, "JT610" aviareysini yerinə yetirən təyyarə havaya qalxdıqdan 13 dəqiqə sonra əlaqəni itirib.

X X X

07:46

İndoneziyanın xilasedici xidmətlərinin məlumatına görə, Cakarta limanından çıxan yedəkdə sərnişin təyyarəsinin dənizə düşdüyünü görüblər.

Trend-in "The Straits Times" qəzetinə istinadən verdiyi məlumata əsasən, Cakartadan Pankalpinanqa uçan təyyarənin göyərtəsində 178 nəfər olub.

"Lion Air" aviaşirkətinin rəhbəri Edvard Sirait vəziyyəti şərh etməkdən imtına edib. "Hal-hazırda şərh verə bimərik. Biz bütün məlumatı toplamağa çalışırıq", - deyə Sirait bildirib.

Х Х Х

06:45

"Lion Air" aviaşirkətinin "Boeing 737" təyyarəsi Cakarta aeroportundan havaya qalxandan sonra qəzaya uğrayıb.

Trend-in "Reuters" agentliyinə istinadən verdiyi məlumata əsasən, sərnişin təyyarəsi havaya qalxdıqdan 10 dəqiqə sonra radarlardan itib.

Təyyarə Cakartadan Pankalpinanq şəhərinə aviareysi (JT-610) yerinə yetirirdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti