Bakı. Trend:
Yaponiyanın Hokkaydo adası sahillərində 5,8 bal gücündə zəlzəl baş verib.
Trend-in Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən verdiyi məlumata görə, "UTC" vaxtı ilə saat 19:26-da qeydə alınan yeraltı təkanların episentri Yaponiyanın Sapporo şəhərindən 382 kilometr şimal-şərqdə və Rusiyanın Yujno-Saxalinsk şəhərindən 357 kilometr cənub-şərqdə, ocağı isə 2 kilometr dərinlikdə yerləşib.
Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.