...

İranda qaz boru kəməri partlayıb

Dünya xəbərləri Materials 27 Noyabr 2018 09:40 (UTC +04:00)
İranın Əndimeşk rayonunda qaz boru kəmərində partlayış baş verib.
İranda qaz boru kəməri partlayıb

Bakı. Elnur Bağışov - Trend:

İranın Əndimeşk rayonunda qaz boru kəmərində partlayış baş verib.

Trend-in məlumatına görə, bunu Xuzistan vilayəti, Əndimeşk rayonunun qubernatoru Peyman Cahangiri deyib.

Onun sözlərinə görə, hadisə ötən gecə saat 03:00 radələrində Bidrubə şəhərinin Baqlekar məntəqəsində baş verib.

Cahangiri deyib ki, partlayışdan sonra yanğının alovu ətrafı bürüyüb. Yanğınsöndürmə əməkdaşları yanğının söndürülməsi üçün əməliyyata başlayıblar. Hadisə nəticəsində ölən olmayıb.

Hadisənin səbəbləri araşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti