Bakı. Trend:
Fransanın "Chanel" şirkəti məhsullarında təbii xəz və ekzotik heyvanların dərisini istifadə etməmək qərarına gəlib.
Trend-in məlumatına görə, bunu WWD portalı moda evinin "fashion" istiqamətinin direktoru Bruno Pavlovski deyib.
Şirkət timsahı, kərtənkələ, ilan və skat dərisinin istifadəsini dayandıracaq.