...

Pentaqon: Xaşkaci işi Vaşinqtonun Ər-Riyadla hərbi əməkdaşlığına təsir göstərməyib

Dünya xəbərləri Materials 7 Dekabr 2018 07:14 (UTC +04:00)
Səudiyyə Ərəbistanlı jurnalist Camal Xaşkacinin öldürülməsi məsələsi ABŞ-ın müdafiə sahəsində Ər-Riyada qarşı siyasətinə, müvafiq olaraq iki ölkənin silahlı qüvvələrinin qarşılıqlı fəaliyyətinə təsir göstərməyib
Pentaqon: Xaşkaci işi Vaşinqtonun Ər-Riyadla hərbi əməkdaşlığına təsir göstərməyib

Bakı. Trend:

Səudiyyə Ərəbistanlı jurnalist Camal Xaşkacinin öldürülməsi məsələsi ABŞ-ın müdafiə sahəsində Ər-Riyada qarşı siyasətinə, müvafiq olaraq iki ölkənin silahlı qüvvələrinin qarşılıqlı fəaliyyətinə təsir göstərməyib.

Trend-in məlumatına görə, bu barədə konfrans zamanı ABŞ qərargah rəisləri komitəsinin sədri Cozef Danford bildirib

C.Danford deyib: "Səudiyyə Ərəbistanına gəldikdə onlar istənilən digər dövlətdən heç nə ilə fərqlənmir. Belə ki, hər bir ölkə ilə müdafiə sahəsində qarşılıqlı fəaliyyət müdafiə siyasəti ilə müəyyən edilir. İndiyədək Səudiyyə Ərəbistanına qarşı siyasətdə silahlı qüvvələrin qarşılıqlı fəaliyyətinə təsir gösətəcək heç bir dəyişiklik olmayıb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti