Bakı. Trend:
İsrailin Tel-Əviv şəhərində qiymətlərin artması ilə əlaqədar "sarı jiletlər" etiraz aksiyası keçirilib.
Trend-in məlumatına görə, elektrik enerjisinin, suyun və çörəyin qiymətinin artmasına qarşı keçirilən aksiya zamanı 10 etirazçı saxlanılıb.
Bildirilir ki, etirazçılar aksiya zamanı Tel-Əvivin əsas avtomobil yolu sayılan "Ayalon" şossesini bağlayıblar.
Etiraz aksiyalarının iştirakçıları yanvar ayının 1-dən İsraildə elektrik enerjisi və su tariflərinin 7 faiz, çörəyin qiymətini 3,5 faiz artması ilə əlaqədar etiraz edirlər.