...

Ermənistan prezidenti Nikol Paşinyanı baş nazir vəzifəsinə təsdiq edib

Dünya xəbərləri Materials 14 Yanvar 2019 12:39 (UTC +04:00)
Ermənistan prezidenti Armen Sarkisyan Nikol Paşinyanı baş nazir vəzifəsinə təsdiq edib
Ermənistan prezidenti Nikol Paşinyanı baş nazir vəzifəsinə təsdiq edib

Bakı. Trend:

Ermənistan Prezidenti Armen Sarkisyan baş nazir vəzifələrini icra edən Nikol Paşinyanı baş nazir vəzifəsinə təsdiq edib.

Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, prezident bu qərarı ölkə parlamentinin ilk iclasından sonra verib.

Qeyd edək ki, ötən il dekabrın 9-da keçirilmiş seçkilərdən sonra parlamentin ilk iclası bu gün baş tutub.

Qanunvericiliyə əsasən, N.Paşinyan 15 gün ərzində yeni hökuməti formalaşdırmalı və hökumət proqramını parlamentə təqdim etməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti