...

ABŞ erməni şirkətinə qarşı sanksiyalar tətbiq edib

Dünya xəbərləri Materials 25 Yanvar 2019 01:35 (UTC +04:00)

Bakı. Trend:

ABŞ Maliyyə Nazirliyi Yerevanda İranın "Mahan Air" şirkətinin satış üzrə baş agenti kimi fəaliyyət göstərən erməni şirkətinə qarşı sanksiyalar tətbiq edib.

Trend-in erməni KİV-lərinə istinadən verdiyi məlumata əsasən, nazirlik press-relizində "Mahal Air"in adından fəaliyyət göstərən "Flight Travel LLC" şirkətinin "sanksiyaların riski barədə xəbərdarlıqlara əməl etməkdən imtina etdiyini" bildirib.

Sanksiyaların altına marketinq xidmətləri, aviasiya ehtiyyat hissələrinin alışı, texniki servisə dair müqavilələr, aviaşirkətlərin yerüstü xidməti, keyterinq və s. daxil edilə bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti