...

İran 12 ballistik raketini nümayiş etdirdi

Dünya xəbərləri Materials 30 Yanvar 2019 14:09 (UTC +04:00)
İranın paytaxtı Tehranda 12 ballistik raket nümayiş etdirilib.
İran 12 ballistik raketini nümayiş etdirdi

Bakı. Elnur Bağışov – Trend:

İranın paytaxtı Tehranda 12 ballistik raket nümayiş etdirilib.

Trend-in məlumatına görə, İran inqilabının 40 illiyi münasibəti ilə “İqtidar 40” adlı təşkil olunan hərbi sərgidə 12 ballistik raket, o cümlədən "Xürrəmşəhr", "Siccil", "Qədr F" və "Qədr H", "Qiyam", "Şəhab 1", "Şəhab 2", "Zilzal", "Zülfüqar", "Hörmüz" və "Fars Körfəzi" raketləri sərgilənir.

Bununla yanaşı, İranın "Tufan M-3" və "Tufan-7" zirehli vasitələr əleyhinə yeni raketlərinin təqdimatı keçirilib.

İranın Silahlı Qüvvələri Baş Qərargah rəisi Məhəmməd Baqeri sərgiyə baxış keçirərkən təqdim olunan hərbi vasitələrin İran ordusunun nailiyyətlərinin bir hissəsi olduğunu deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti