...

Ərdoğan Aİ-ni miqrasiya sazişi üzrə öhdəlikləri yerinə yetirilməməsində ittiham edib

Dünya xəbərləri Materials 6 Fevral 2019 05:21 (UTC +04:00)
Avropa İttifaqı Türkiyə ilə qaçqınların readmissiya üzrə miqrasiya razılaşmasına əsasən üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir
Ərdoğan Aİ-ni miqrasiya sazişi üzrə öhdəlikləri yerinə yetirilməməsində ittiham edib

Bakı. Trend:

Avropa İttifaqı Türkiyə ilə qaçqınların readmissiya üzrə miqrasiya razılaşmasına əsasən üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir.

Trend-in məlumatına görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Yunanıstanın baş naziri Aleksis Tsipras ilə birgə mətbaut konfransında bildirib.

T.Ərdoğan deyib: "Biz Egey dənizində qaçqınlarla bağlı yeni faciənin qarşısını almaq üçün böyük səylər göstəririk. Türkiyə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə davam edir. Lakin biz görürük ki, Aİ readmissiya mexanizminə riayət etmir".

Prezident əlavə edib ki, Türkiyə ərazisində 4 milyon qaçqın var və onların qəbul edilməsinə ölkə 35 milyard dollara yaxın pul sərf edib.

Xəbər lenti

Xəbər lenti