...

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Pakistana rəsmi səfər edib

Dünya xəbərləri Materials 18 Fevral 2019 08:24 (UTC +04:00)
Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Pakistana ikigünlük səfərlə baş çəkib.
Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Pakistana rəsmi səfər edib

Bakı. Tural Turan - Trend:

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Pakistana ikigünlük səfərlə baş çəkib. Trend-in məlumatına görə, hava limanında vəliəhd şahzadəni Pakistanın baş naziri İmran xan qarşılayıb.

Daha sonra iki ölkə lideri baş nazirin iqamətgahına yollanıb. İki gün ərzində M.bin Salman Pakistan siyasətçiləri ilə, həmçinin Prezident Arif Alvi və Qərargah rəisi general Kamar Bacvu ilə də, görüşlər keçirəcək.

Səfər çərçivəsində tərəflərin müəyyən sənədlərin imzalayacağı gözlənilir.

Pakistandan sonra M.bin Salman Hindistan və Çini də ziyarət etmək niyyətindədir. Daha əvvəl nəzərdə tutulan Malayziya və İndoneziya səfərləri izah edilmədən təxirə salınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti