...

Meksikada atışma: 6 nəfər ölüb

Dünya xəbərləri Materials 18 Fevral 2019 05:55 (UTC +04:00)
Meksikada baş verən atışma nəticəsində 6 nəfər ölüb.
Meksikada atışma: 6 nəfər ölüb

Bakı. Tural Turan - Trend:

Meksikada baş verən atışma nəticəsində 6 nəfər ölüb. Trend-in məlumatına görə, ölənlərdən beş nəfər kişi və bir nəfər qadın olub. Daha üç nəfər isə yaralanıb.

Hadisə Meksika paytaxtının ətrafında spirtli içki içərkən baş verib. Bir qrup gəncə maşın yaxınlaşıb və salonda olan dörd nəfər atəş açıb. Daha sonra isə salondakı şəxslər hadisə yerindən uzaqlaşıb.

Prokurorluq hadisə ilə bağlı araşdırmaya başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti