...

İndoneziyada qatar relsdən çıxıb: onlarla yaralı

Dünya xəbərləri Materials 10 Mart 2019 18:35 (UTC +04:00)
İndoneziyanın Qərbi Yava vilayətində qatarın relsdən çıxması nəticəsində onlarla insan xəsarət alıb.
İndoneziyada qatar relsdən çıxıb: onlarla yaralı

Bakı. Trend:

İndoneziyanın Qərbi Yava vilayətində qatarın relsdən çıxması nəticəsində onlarla insan xəsarət alıb.

Trend-in məlumatına görə, hadisə bu gün yerli vaxtla 10:30-da Boqor bələdiyyəsində baş verib.

Hadisə şahidləri bildirir ki, hadisəyə səbəb elektrik xətti dirəyinin aşması olub, ancaq hal-hazırda araşdırma aparılır.

Qatar Cakartadan turistlər arasında məşhur olan Boqora gedirdi.

Xəbər lenti

Xəbər lenti