...

İstanbulda fabrik yanır: 5 nəfər zəhərlənib (FOTO/VİDEO) (YENİLƏNİB)

Dünya xəbərləri Materials 18 Mart 2019 14:04 (UTC +04:00)
Türkiyənin İstanbul şəhərində üçmərtəbəli fabrik yanır.
İstanbulda fabrik yanır: 5 nəfər zəhərlənib (FOTO/VİDEO) (YENİLƏNİB)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 12:16-da yayılıb)

Bakı. Rufiz Hafizoğlu - Trend:

İstanbulda kimyəvi məhsulların istehsal olunduğu fabrikdə baş vermiş yanğın nəticəsində ən azı 5 nəfər zəhərlənib.

Trend-in məlumatına görə, yanğını söndürmək hələ mümkün olmayıb. Əraziyə digər rayonlardan da yanğınsöndürmə bölmələri cəlb olunub.

Yanğının səbəbi hələ məlum deyil.

X X X

12:16

Türkiyənin İstanbul şəhərində üçmərtəbəli fabrik yanır.

Trend-in məlumatına görə, hadisə Arnavutköy rayonunda qeydə alınıb.

Əraziyə çox sayda yanğındsöndürən və tibbi yardım briqadaları cəlb olunub.

Yanğın zamanı partlayış səslərinin də eşidildiyi bildirilir.

Yanğının səbəbi hələ məlum deyil.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti