...

Dağıstanda kütləvi zəhərlənmə baş verib

Dünya xəbərləri Materials 24 Mart 2019 00:18 (UTC +04:00)
Dağıstanın Xasavyurt şəhərində kütləvi zəhərlənmə qeydə alınıb
Dağıstanda kütləvi zəhərlənmə baş verib

Bakı. Trend:

Dağıstanın Xasavyurt şəhərində kütləvi zəhərlənmə qeydə alınıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə jurnalistlərə şəhər administrasiyasından bildiriblər.

Administrasiyanın nümayəndəsi deyib: "Martın 23-ü üçün mərkəzi şəhər xəstəxanasının infeksion xəstəliklər şöbəsində kəskin bağırsaq infeksiyası diaqnozu ilə 89 nəfər var <...> Xəstələrin vəziyyəti yüngül və orta ağır kimi dəyərləndirilir".

Onun sözlərinə görə, bütün zəhərlənlərə lazımi tibbi yardım göstərilir: "Mütəxəssislər araşdırmanın tamamlanmasına qədər <...> vətəndaşları diqqətli olmağa çağırırlar - yalnız qaynanmış su içmək, əlləri, meyvələri və tərəvəzləri tez tez yumaq lazımdır".

Xəbər lenti

Xəbər lenti