Bakı. Trend:
Yaponiya Xarici İşlər Nazirliyinin "İikura" qəbul evində Rusiya ilə strateji dialoqun 15-ci raundu başlayıb.
Trend-in məlumatına görə, görüşdə iştirak edən Rusiya nümayəndə heyətinə xarici işlər nazirinin birjnci müavini Vladimir Titov, Yaponiya tərəfindən isə həmkarı Akiba Takeo başçılıq edir.
Görüşdə ikitərəfli və regional məsələlər müzakirə ediləcək.
Qeyd edək ki, Rusiya-Yaponiya strateji dialoqu 2007-ci ildən başlayıb.