Bakı. Trend:
Meksikanın Quanaxuato ştatında 12 saat ərzində ən azı 18 nəfər öldürülüb.
Trend-in məlumatına görə, ştatda bir sıra silahlı hücumlar və cinayətkar qruplaşmalar arasında toqquşmalar baş verib. Onlardan biri Apaseo-de-Alto bələdiyyəsində baş verib. Burada 8 nəfər ölüb, onlardan 3-ü uşaqdır.
Qeyd edək ki, hazırda Quanaxuato təhlükəsizlik baxımından Meksikanın ən uğursuz regionlarından birinə çevrilib.