...

Əkrəm İmamoğluna İstanbul bələdiyyə sədrinin mandatı veriləcək

Dünya xəbərləri Materials 17 Aprel 2019 17:23 (UTC +04:00)
Əkrəm İmamoğluna İstanbul bələdiyyə sədrinin mandatı veriləcək.
Əkrəm İmamoğluna İstanbul bələdiyyə sədrinin mandatı veriləcək

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyə Mərkəzi Seçki Komissiyası (MSK) İstanbulda bələdiyyə seçkilərinin yekun nəticəsini elan edib.

Trend-in məlumatına görə, son nəticəyə əsasən, İstanbul bələdiyyə sədri vəzifəsinə müxalif Cümhuriyyət Xalq Partiyasından namizdə olan Əkrəm İmamoğlu 4,169 milyon, hakim Ədalət və İnkişaf Partiyasından namizədliyi irəli sürülmüş Binəli Yıldırım isə 4,156 milyon səs qazanıb.

Bu gün MSK Ə.İmamoğluna mandatı təqdim edəcək.

Xatırladaq ki, martın 31-də Türkiyədə bələdiyyə seçkiləri keçirilib. Seçkilərdə 14 partiya iştirak edib.

Hakim partiya İstanbulda səsvemənin nəticəsinə etiraz edirdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti