Bakı. Rufiz Hafizoğlu - Trend:
Türkiyənin Niğde şəhərində əyləncə mərkəzlərinin birində atışma baş verib.
Trend-in məlumatına görə, hadisə nəticəsində 2 nəfər həlak olub.
Daha 4 nəfərin yaralandığı deyilir. Yaralılar xəstəxanaya yerləşdirilib. Onlardan birinin vəziyyətinin ağır qiymətləndirilir.
Həlak olan və yaralıların hamısının Türkiyə vətəndaşları olduğu bildirilir.
Hadisə ilə bağlı araşdırma aparılır.