...

ABŞ-da psixiatrik xəstəxanada dava düşdü - Yaralılar var

Dünya xəbərləri Materials 29 Aprel 2019 10:20 (UTC +04:00)
ABŞ-ın Yuta ştatında yeniyetmələr üçün nəzərdə tutulmuş psixiatrik xəstəxanada pasiyentlər arasında dava baş verib.
ABŞ-da psixiatrik xəstəxanada dava düşdü - Yaralılar var

Bakı. Trend:

ABŞ-ın Yuta ştatında yeniyetmələr üçün nəzərdə tutulmuş psixiatrik xəstəxanada pasiyentlər arasında dava baş verib. Trend-in məlumatına görə, "Red Rock Canyon School" xəstəxanasındakı çaxnaşma zamanı xəsarət alanlar da olub.

Yerli Polis İdarəsinin nümayəndəsi Tiffani Atkinin sözlərinə görə, axşam saatlarında pasiyentlər arasında baş vermiş dava nəticəsində xəsarət alanların sayı deyilməsə də, tibb heyətindən xəsarət alanların olmadığı dəqiq məlumdur.

Hadisə yerinə xüsusi təyinatlılar və polis cəlb edilib. Hazırda hadisə ilə əlaqədar hələki 1 nəfərin saxlanıldığı bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti