Bakı. Trend:
ABŞ Venesuelaya qarşı sanksiyalar siyahısını genişləndirib.
Trend-in məlumatına görə, ABŞ Maliyyə Nazirliyinin yeni qərarı ilə Venesuelaya qarşı sanksiyalar siyahısın iki şirkət və iki tanker əlavə edilib.
Sanksiyalar "Monsoon Navigation Corporation" və "Serenity Maritime Limited" şirkətlərinə, o cümlədən "Leon Dias" və "Ocean Elegance" tankerlərinə qarşı tətbiq edilib.