...

Çində ağır yol qəzası baş verib: 12 ölü, 11 yaralı

Dünya xəbərləri Materials 13 May 2019 06:15 (UTC +04:00)
Çinin Venlin şəhərində (Çjetszyan əyaləti) insanları daşıyan yük maşını aşıb
Çində ağır yol qəzası baş verib: 12 ölü, 11 yaralı

Bakı. Trend:

Çinin Venlin şəhərində (Çjetszyan əyaləti) insanları daşıyan yük maşını aşıb.

Trend-in Venlin şəhərinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, yük maşınının aşması nəticəsində 12 nəfər həlak olub, 11 nəfər isə xəsarət alıb.

Bildirilir ki, yaralananlar xəstəxanaya yerləşdirilib. Ölənlərdən 8-i hadisə yerində, 4-ü isə xəstəxanada dünyasını dəyişib.

Hazırda qəzanın səbəbi müəyyənləşdirilir.

Xəbər lenti

Xəbər lenti