...

İranda təyyarə təcili eniş etdi - 141 sərnişinlə

Dünya xəbərləri Materials 14 May 2019 20:53 (UTC +04:00)
Şiraz şəhərindən Tehran istiqamətində uçan sərnişin təyyarəsi Şiraz aeroportunda təcili eniş edib.
İranda təyyarə təcili eniş etdi - 141 sərnişinlə

Bakı. Elnur Bağışov - Trend:

Şiraz şəhərindən Tehran istiqamətində uçan sərnişin təyyarəsi Şiraz aeroportunda təcili eniş edib.

Trend-in məlumatına görə, aeroportun ictimai əlaqələr şöbəsinin rəsmisi Ehsan Ostovarinin sözlərinə görə, Vareş hava yollarına məxsus Boeing 737 sərnişin təyyarəsi texniki nasazlıq yarandığına görə aeroporta geri qayıdıb.

O, təyyarənin göyərtəsindəki 141 sərnişin və ekipaj üzvlərindən xəsarət alanların olmadığını deyib. Sərnişinlər başqa təyyarə ilə Tehrana göndəriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti