Bakı. Trend:
Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd ibn Salman Əl Saud ABŞ-ın dövlət katibi Mayk Pompeo ilə Yaxın Şərqin inkişaf, regionda təhlükəsizlik və sabitliyin qorunması məsələlərini müzakirə ediblər.
Trend-in məlumatına görə, bu barədə "SPA" xəbər agentliyi xəbər verir.
Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi və ABŞ-ın dövlət katibi arasında telefon danışığı, Səudiyyə Ərəbistanının kralı Salman ibn Əbdül Əzizin Ərəb dünyasının liderlərini, mayın 30-da Məkkədə fövqəladə zirvə toplantısının keçirilməsinə dair çağırışından sonra baş tutub.