...

Peruda güclü zəlzələ baş verib

Dünya xəbərləri Materials 26 May 2019 13:37 (UTC +04:00)

Bakı. Trend:

Perunun şimalında bazar günü 8,0 bal gücündə zəlzələ baş verib.

Trend-in məlumatına görə, zəlzələnin episentri Lagunas şəhərindən 85 km cənub-şərqdə, ocağı isə 105 km dərinlikdə yerləşib.

Hazırda yaralanan və ya dağıntılar haqda heç bir məlumat yoxdur.

Qeyd edək ki, daha öncə ABŞ seysmoloqları zəlzələnin gücünün 7,5 bal olduğunu bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti