...

Suriyada raket atəşi nəticəsində beş nəfər həlak olub

Dünya xəbərləri Materials 27 May 2019 03:10 (UTC +04:00)
Suriyanın Skalbiya şəhəri silahlılar tərəfindən raket atəşinə tutulub, nəticədə beş dinc sakin həlak olub, 12 nəfər isə yaralanıb
Suriyada raket atəşi nəticəsində beş nəfər həlak olub

Baki. Trend:

Suriyanın Skalbiya şəhəri silahlılar tərəfindən raket atəşinə tutulub, nəticədə beş dinc sakin həlak olub, 12 nəfər yaralanıb.

Trend-in məlumatına görə, bu barədə Suriyada düşmən tərəflərin barışdırılması üzrə Rusiya Mərkəzinin rəhbəri general-mayor Viktor Kupçişin bildirib.

V.Kupçişinin sözlərinə görə, "Həyat Təxrir əş-Şam" terrorçu təşkilatının silahlıları "İdlib deeskalasiya bölgəsi"ndən Skalbiya yaşayış məntəqəsini reaktiv yaylım atəşi sistemindən beş dəfə atəşə tutublar:

"Terrorçular ümumilikdə 38 raket atıblar. Raketlərdən bir neçəsi Skalbiya Milli Xəstəxanasına dəyib. Suriyanın təcili xidmətlərinin verdiyi məlumata görə, beş dinc sakin həlak olub, 12 nəfər yaralanıb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti