...

Çində zavodda dam örtüyü çöküb - 2 ölü

Dünya xəbərləri Materials 27 May 2019 08:20 (UTC +04:00)

Bakı. Trend:

Çinin Çançjou şəhərində yerləşən metaləritmə zavodunun birində olan sexdə dam örtüyünün uçulması nəticəsində iki nəfər həlak olub, daha 15 nəfər isə xəsarət alıb.

Trend-in məlumatına görə, bu barədə Çinin Mərkəzi televiziyası xəbər verib.

Hadisə mayın 26-sı səhər saatlarında baş verib.

Qeyd edilir ki, pis hava şəraitindən sexin dam örtüyü içəridə olan fəhlələrin üstünə uçub.

Bütün yaralananlar müxtəlif dərəcəli xəsarətlər ilə xəstəxanalara yerləşdirilib, beşi ağır vəziyyətdədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti