...

Tailandda fillər idmançılara hücum etdi - Xəsarət alanlar var

Dünya xəbərləri Materials 4 İyun 2019 20:34 (UTC +04:00)
Tailandın Çonburi əyalətində 25 kilometrlik marafın zamanı idmançılar fillərin hücumuna məruz qalıb
Tailandda fillər idmançılara hücum etdi - Xəsarət alanlar var

Bakı. Trend:

Tailandın Çonburi əyalətində 25 kilometrlik marafon zamanı idmançılar fillərin hücumuna məruz qalıb.

Trend-in məlumatına görə, insident nəticəsində iki nəfər xəsarət alıb.

Qeyd olunur ki, qaçışın 10-cu kilometrində bir neçə fil insanların qarşısını çıxıb. Onları atəşlə qorxutmaq mümkün olmayıb. Fillərdən biri idmançını xortumu ilə vurub. İkinci şəxs isə qaçarkən qolunu sındırıb.

Daha sonra filləri oradan uzaqlaşdırmaq mümkün olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti