Bakı. Trend:
Türkiyə hərbçiləri İraqın şimalında keçirdikləri əməliyyat zamanı daha 5 PKK terrorçusunu zərərsizləşdiriblər.
Trend-in məlumatına görə, bu barədə ölkənin Müdafiə Nazirliyinin yaydığı xəbərdə qeyd edilib.
Məlumata görə, əməliyyat Xakurk və Zal rayonlarında aparılıb.
Qeyd edək ki, Türkiyə Hərbi Qüvvələri bu rayonlarda əməliyyatlara mayın 28-də başlayıb. Əməliyyatlara xüsusi təyinatlılar, eləcə də "Atak" vertolyotları cəlb olunub.
Ümumilikdə bu əməliyyat başlayandan 43 terrorçu məhv edilib.