...

Qvatemalada prezident və parlament seçkilərində səsvermə başa çatıb

Dünya xəbərləri Materials 17 İyun 2019 08:10 (UTC +04:00)
Qvatemalada iyunun 16-ı yerli vaxtla saat 18.00-da prezident, birinci Konqresin (parlament) deputatları və yerli hökumət nümayəndələri seçkilərində səsvermə məntəqələri bağlanıb
Qvatemalada prezident və parlament seçkilərində səsvermə başa çatıb

Bakı. Trend:

Qvatemalada iyunun 16-ı yerli vaxtla saat 18.00-da prezident, birinci Konqresin (parlament) deputatları və yerli hökumət nümayəndələri seçkilərində səsvermə məntəqələri bağlanıb.

Trend-in məlumatına görə, Yüksək Seçki Tribunalı komissiyalardan vətəndaşların iradəsinin nəticələrinə dair məlumatları almağa başlayıb.

Seçicilər siyahısına 8,1 milyona yaxın nəfər daxil edilib.

Qeyd edək ki, prezident dörd il müddətinə seçilir. İlk turda qalib gəlmək üçün namizəd mütləq səs çoxluğunu yığmalıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti