...

Venesuelada dövlət çevrilişinə cəhdin qarşısı alınıb

Dünya xəbərləri Materials 27 İyun 2019 06:06 (UTC +04:00)
Venesuelada dövlət çevrilişinə cəhdin qarşısı alınıb
Venesuelada dövlət çevrilişinə cəhdin qarşısı alınıb

Bakı. Trend:

Venesuelada dövlət çevrilişinə cəhdin qarşısı alınıb.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bunu Venesuelanın rabitə və informasiya naziri Xorxe Rodriges deyib.

Onun sözlərinə görə, dövlət çevrilişi etmək istəyən bir qrup şəxs həbsxanada olan general Raul Badueli azad etmək və "Karlota" hərbi bazasına gətirmək istəyiblər: "Onlar "Karlota" hərbi bazasını ələ keçirmək və Raul Badueli azad edib "Karlota"ya gətirərək canlı yayıma çıxarıb prezident elan etmək istəyirdilər".

Nazir bildirib ki, bunların 23 və 24 iyun həyata keçirilməyi planlaşdırılırdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti