...

Tunisin sahil mühafizəsi Afrikadan olan miqratların meyitlərini aşkar edib

Dünya xəbərləri Materials 7 İyul 2019 10:14 (UTC +04:00)
Tunisin sahil mühafizəsi ölkənin cənub-şərq sahilləri yaxınlığında Afrikadan olan qanunsuz miqrantlardan ən az 13-nün meyitini tapıb
Tunisin sahil mühafizəsi Afrikadan olan miqratların meyitlərini aşkar edib

Bakı. Trend:

Tunisin sahil mühafizəsi ölkənin cənub-şərq sahilləri yaxınlığında Afrikadan olan qanunsuz miqrantlardan ən az 13-nün meyitini tapıb.

Trend-in məlumatına görə, bu barədə "Sinxua" agentliyinə Tunis Qızıl Aypara Cəmiyyətinin nümayəndəsi Monjı Slim bildirib.

Qeyd edək ki, qeyri-qanuni miqrantlar olan gəmi Tunisin sahilləri yaxınlığında aşıb.

"Alarm Phone" humanitar təşkilatının məlumatlarına əsasən, 80 nəfər itkin düşüb.

Bildirilib ki, miqrantların meyitləri Medenin vilayətində və Ben-Qardan şəhəri yaxınlığında tapılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti