...

İtaliyada əlverişsiz hava şəraitindən iki nəfər ölüb

Dünya xəbərləri Materials 28 İyul 2019 15:43 (UTC +04:00)
İtaliyada əlverişsiz hava şəraiti səbəbindən iki nəfər ölüb
İtaliyada əlverişsiz hava şəraitindən iki nəfər ölüb

Bakı. Trend:

İtaliyada əlverişsiz hava şəraiti səbəbindən iki nəfər ölüb.

Trend-in məlumatına görə, bu barədə "RaiNews24" xəbər kanalı bildirib.

Məlumata əsasən, ötən gəcə Foçene yaşayış məntəqəsində baş verən tornado nəticəsində 27-yaşlı qadın həlak olub.

Tornadoya görə çox sayda park edilmiş avtomobillərə xeyli ziyan dəyib, iki binanın dam örtükləri qismən qopub.

İyulun 27-də Alto Adidjee (Cənubi Tirol) dağlarında bir norveçli idmançı ildırım vuraraq ölüb. Həmin idmançı yürüşdə iştirak edirmiş.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti