...

İstanbul polisi 73 ünvanda əməliyyat keçirdi

Dünya xəbərləri Materials 30 İyul 2019 13:57 (UTC +04:00)

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyənin İstanbul şəhərində polis narkotik tacirlərinə qarşı əməliyyat keçirib.

Trend-in məlumatına görə, əməliyyat eyni zamanda 73 ünvanda baş tutub.

Əməliyyat nəticəsində azı 10 kiloqram narkotik vasitə müsadirə edilib. Saxlananların olduğu deyilir.

Əməliyyatda 200-dən çox polis əməkdaşı iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti