...

İran smart bombalarını təqdim etdi (FOTO)

Dünya xəbərləri Materials 6 Avqust 2019 14:52 (UTC +04:00)
İran “Yasin”, “Balaban” və “Qaim” idarə olunan və smart bombalarının təqdimatını keçirib.
İran smart bombalarını təqdim etdi (FOTO)

Trend-i buradan izləyin

Bakı. Elnur Bağışov - Trend:

İran “Yasin”, “Balaban” və “Qaim” idarə olunan və smart bombalarının təqdimatını keçirib.

Trendin məlumatına görə, təqdimat mərasimində çıxış edən İranın müdafiə naziri Əmir Hatəmi bombaların xüsusiyyətlərinə diqqət çəkib.

Nazir bildirib ki, “Balaban” smart bombası qatlanan qanadlarla təchiz olunub. Bu bomba buraxıldıqdan sonra qanadlar açılır və hədəfə doğru hərəkət edir.

“Yasin” bombası isə uzaqmənzilli idarə olunan bombadır və 50 kilometr məsafədən buraxıla bilər.

“Yasin bombası sərnişinli və sərnişinsiz təyyarələrə quraşdırıla bilər”.

Ə.Hatəmi deyib ki, yeni nəsil “Qaim” optik bombaları PUA, helikopter və qırıcı təyyarələrə quraşdırıla bilər. Bu bombalar istehkamları, hərəkət edən hədəfləri məhv etmək iqtidarındadır:

“Bu bombalar çəkiləri və fərqli dağıdıcılıq qabiliyyətinə görə, müxtəlif PUA-lar, o cümlədən “Shahed 129”, “Hemase” və “Mohajer 6” pilotsuz uçan aparatlar üzərində quraşdırıla bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti