Bakı. Rufiz Hafizoğlu - Trend:
Türkiyənin Hakkari şəhərində PKK terror təşkilatına qarşı xüsusi əməliyyat keçirilib.
Trend-in məlumatına görə, əməliyyat zamanı "Harun" ləqəbi ilə tanınan təhlükəli terrorçu öldürülüb. Əsl adı Miktad Orde olan bu şəxsin adının uzun müddət təhlükəli terrorçuların siyahısında olduğu bildirilir.
Əməliyyat çərçivsində həmçinin "Harun"un yaxın "silahdaşı"nın saxlanıldığı qeyd edilir.