...

“Fənərbağça” “Başakşəhər”i məğlub edib

Dünya xəbərləri Materials 25 Avqust 2019 05:35 (UTC +04:00)

Bakı. Trend:

Avqustun 24-də futbol üzrə Türkiyə Superliqasında ikinci tur çərçivəsində növbəti oyunlar keçirilib.

Trend xəbər verir ki, turun mərkəzi görüşündə İstanbulun iki komandası “Başakşəhər” və “Fənərbağça” qarşılaşıb.

Baş hakim Halil Umut Melerin idarə etdiyi görüşdə “Fənərbağça” rəqibini oyunun əsas vaxtına əlavə olunmuş son dəqiqədə vurduğu qol sayəsində 2:1 hesabı ilə məğlub edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti