...

İranda zəncirvari qəza - Ölən və yaralananlar var

Dünya xəbərləri Materials 4 Sentyabr 2019 19:40 (UTC +04:00)
İranın qərbində yerləşən Kirmanşah vilayətində zəncirvari qəza baş verib.
İranda zəncirvari qəza - Ölən və yaralananlar var

Bakı. Elnur Bağışov - Trend:

İranın qərbində yerləşən Kirmanşah vilayətində zəncirvari qəza baş verib. Hadisə nəticəsində 1 nəfər həlak olub, 4 nəfər yaralanıb.

Trend-in məlumatına görə, vilayətin yol polisi rəisi Fəzlulla Şiri bildirib ki, “Paykan” markalı avtomobillə toqquşan yük maşını “Pride” markalı avtomobilin üzərinə aşıb.

İranın cənubundakı Buşehr vilayətində isə 2 motosikletin toqquşması nəticəsində 2 nəfər həlak olub, 2 nəfər isə yaralanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti