...

Tramp: Qeyri-leqal miqrasiya ABŞ-a ildə 300 milyard dollara başa gəlir

Dünya xəbərləri Materials 14 Sentyabr 2019 01:21 (UTC +04:00)

Bakı. Trend:

Qeyri-leqal miqrasiya ABŞ-a ildə 300 milyard dollara başa gəlir.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bunu ABŞ prezidenti Donald Tramp öz "Twitter" səhifəsində yazıb.

D.Tramp bildirib: "Qeyri-leqal miqrasiya ABŞ-a ildə 300 milyard dollara başa gəlir. Belə vəziyyətin davam etməsi üçün heç bir əsas yoxdur. Hər şey ona doğru gedir ki, bu rəqəm azalmağa doğru getsin".

Qeyd edək ki, D.Tramp qeyri-leqal miqrasiya ilə mübarizəni öz siyasətinin əsas prioritetlərindən sayır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti