Bakı. Trend:
İngiltərənin Baş naziri Boris Jonson və BMT-nin baş katibi Antonio Quterreş Nyu-Yorkdakı görüşdə Yəmən, Liviya və Suriyanı, habelə iqlim dəyişikliyi ilə bağlı məsələləri müzakirə ediblər.
Trend-in məlumatına görə, rəsmi bəyanatda deyilir: "İqlim dəyişikliyinə qarşı ikitərəfli müzakirələr aparıldı. BMT-nin baş katibi bu məsələdə İngiltərənin rəhbərliyini məmnuniyyətlə qarşıladı. Yəmən, Liviya və Suriyanı da əhatə edən xarici siyasət mövzularıda müzakirə olundu . İran mövzusunda gərginliyin azalmasının vacibliyi haqda tərəflər razılığa gələ bildilər".