...

ABŞ-da avtobus aşıb: 13 nəfər yaralanıb

Dünya xəbərləri Materials 5 Oktyabr 2019 08:45 (UTC +04:00)
ABŞ-ın Ohayo ştatında əlil insanlar olduğu avtobus aşıb
ABŞ-da avtobus aşıb: 13 nəfər yaralanıb

Bakı. Trend:

ABŞ-ın Ohayo ştatında əlil insanlar olduğu avtobus aşıb.

Trend-in məlumatına görə, bu barədə "WHIO-TV" telekanalı bildirib.

Məlumata əsasən, hadisə nəticəsində 13 nəfər xəstəxanaya yerləşdirilib. Bildirilir ki, qəza Toledo şəhərinə yaxın yaşayış məntəqəsində baş verib.

Xəstəxanaya yerləşdirilənlərdən beşi ağır xəsarət alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti