...

Türkiyə sahillərində iki zəlzələ baş verib

Dünya xəbərləri Materials 11 Oktyabr 2019 05:03 (UTC +04:00)
Türkiyə sahillərində Mərmərə dənizində 4,0 bal gücündə zəlzələ baş verib
Türkiyə sahillərində iki zəlzələ baş verib

Bakı. Trend:

Türkiyə sahillərində Mərmərə dənizində 4,0 bal gücündə zəlzələ baş verib.

Trend-in məlumatına görə, yeraltı təkanlar yerli vaxtla saat 19:52-də qeydə alınıb. Zəlzələnin episentri Yalova vilayətindən 3,71 kilometr məsafədə yerləşib.

Yeraltı təkanların ocağı 10,66 kilometr dərinlikdə yerləşib. Zəlzələ İstanbulda hiss olunub.

Saat 22:32-də Mərmərə dənizində 3,5 bal gücündə zəlzələ olduğu da bildirilir. Zəlzələlərin episentri Yalova vilayətindən 2,97 kilometr məsafədə, ocağı isə 11,21 kilometr dərinlikdə yerləşib.

Xəsarət alan və ya dağıntı barədə məlumat verilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti