...

Ərdoğan Suriya ilə sərhədə gəlib

Dünya xəbərləri Materials 3 Noyabr 2019 18:34 (UTC +04:00)
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriya ilə həmsərhəd olan Şanlıurfa vilayətindəki Quru Qoşunları Komandalığının Birgə Əməliyyat Mərkəzində olub
Ərdoğan Suriya ilə sərhədə gəlib

Bakı. Trend:

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriya ilə həmsərhəd olan Şanlıurfa vilayətindəki Quru Qoşunları Komandalığının Birgə Əməliyyat Mərkəzində olub və "Sülh bulağı" əməliyyatı barədə məlumatlandırılıb.

Trend-in məlumatına görə, əməliyyat mərkəzinə gələndən sonra Ərdoğan əsgərləri salamlayıb.

Ziyarət əsnasında Türkiyə liderinə "Sülh bulağı" əməliyyatının gedişi haqqında məlumat verilib.

Ərdoğanı həmçinin, daxili işlər naziri Süleyman Soylu, milli müdafiə naziri Hulusi Akar, Baş qərargah rəisi general Yaşa Gülər, Silahlı Qüvvələrin komandirləri, Ədalət və İnkişaf Partiyası sədrinin müavini Mahir Yunal, partiyanın rəsmisi Ömər Çelik və başqaları müşahidə ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti