...

Ərdoğan ABŞ-a səfər edəcək

Dünya xəbərləri Materials 12 Noyabr 2019 03:24 (UTC +04:00)
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarı Donald Trampın dəvəti ilə 12-13 noyabr tarixlərində ABŞ-a işgüzar səfər edəcək
Ərdoğan ABŞ-a səfər edəcək

Bakı. Trend:

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarı Donald Trampın dəvəti ilə 12-13 noyabr tarixlərində ABŞ-a işgüzar səfər edəcək.

Trend-in məlumatına görə, səfər zamanı Türkiyə və ABŞ liderləri ikitərəfli əlaqələrin müxtəlif aspektlərinə, regional və beynəlxalq gündəmdəki məsələlərə, xüsusilə də Suriyadakı vəziyyətə toxunacaqlar.

Bundan əlavə, tərəflər terrorizmlə mübarizədə həmrəyliyin, əməkdaşlığın və koordinasiyanın gücləndirilməsi yollarını müzakirə edəcəklər.

Səfər zamanı T.Ərdoğan işgüzar dairələrin nümayəndələri qarşısında çıxış edəcək. Tədbirin təşkilatçısı ABŞ Ticarət Palatasıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti