...

Boliviyanın müvəqqəti prezidenti o olacaq

Dünya xəbərləri Materials 13 Noyabr 2019 04:31 (UTC +04:00)
Boliviyalı senator Jeanine Anez müvəqqəti olaraq ölkə prezidentinin vəzifələrini icra edəcək.
Boliviyanın müvəqqəti prezidenti o olacaq

Bakı. Trend:

Boliviyalı senator Jeanine Anez müvəqqəti olaraq ölkə prezidentinin vəzifələrini icra edəcək.

Trend-in məlumatına görə, əslində qanunverici iclasda onun prezident vəzifələrini cra etmək üçün lazım olana kvota yığılmasa da, məhz o, müvəqqəti olaraq Boliviya prezidenti olacaq. Kvotanın yığılmamasına səbəb isə keçmiş prezident Evo Moralesin sol partiyasından olan millət vəkilləri tərəfindən J.Anezin namizədliyinin boykot edilməsi olub.

Qeyd edək ki, Evo Morales oktyabrın 20-də keçirilən seçkilərdən sonra ölkədə seçkinin nəticələrindən yaranmış narazılıq fonunda istefa verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti