Bakı. Rufiz Hafizoğlu - Trend:
Türkiyənin Adana vilayətində keçirilmiş xüsusi əməliyyat nəticəsində ticarət mərkəzində iri terror aktının qarşısı alınıb.
Trend-in məlumatına görə, kəşfiyyat xidmətinin keçirdiyi əməliyyat nəticəsində iki PKK terrorçusu saxlanılıb.
Onlardan birinin Suriya vətəndaşı olduğu deyilir.
Digər saxlanan şəxs isə İraqın şimalında PKK düşərgələrində təlim keçib.
Əməliyyatın digər təfərrüatları barədə məlumat verilməyib.