...

Naməlum şəxslər Şri-Lankada seçkiyə gedən müsəlmanlara atəş açıblar

Dünya xəbərləri Materials 16 Noyabr 2019 11:16 (UTC +04:00)
Naməlum şəxslər Şri-Lankada prezident seçkilərinə gedən müsəlman icmasının nümayəndələrinin getdiyi avtobuslar karvanına atəş açıblar
Naməlum şəxslər Şri-Lankada seçkiyə gedən müsəlmanlara atəş açıblar

Bakı. Trend:

Naməlum şəxslər Şri-Lankada prezident seçkilərinə gedən müsəlman icmasının nümayəndələrinin getdiyi avtobuslar karvanına atəş açıblar.

Trend-in verdiyi məlumata görə, hadisə, adanın şimal-qərbində seçki başlamazdan bir neçə saat əvvəl baş verib. Təcavüzkarlar 100-dən çox nəqliyyat vasitəsindən ibarət karvanı yol blokları quraşdıraraq pusquya salıblar, həmçinin yolda şinləri yandırıblar və avtobusları daşqalaq ediblər.

Hücum nəticəsində iki avtobusa ziyan dəydiyi qeyd olunur. Zərər çəkənlər və xəsarət alanlar barədə məlumat daxil olmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti