Bakı. Trend:
"Tesla" şirkəti buraxdığı ilk "Cybertruck" elektropikapları üçün 146 min sifariş alıb.
Trend-in məlumatına görə, bu barədə noyabrın 24-ü şirkətin rəhbəri Elon Mask "Twitter" səhifəsində xəbər verib.
E.Maskın sözlərinə görə, 42% müştəri iki mühərrikli, 41% müştəri üç mühərrikli, 17% sifariş edənlər isə bir mühərrikli pikap versiyasına maraq göstəriblər.