...

Türkiyədə 50 nəfər yeməkdən zəhərlənib

Dünya xəbərləri Materials 30 Noyabr 2019 14:45 (UTC +04:00)
Türkiyənin Muğla vilayətində 50 nəfər keyfiyyətsiz yeməkdən zəhərlənib
Türkiyədə 50 nəfər yeməkdən zəhərlənib

Bakı. Trend:

Türkiyənin Muğla vilayətində 50 nəfər keyfiyyətsiz yeməkdən zəhərlənib.

Trend-in məlumatına görə, zəhərlənənlərin əksəriyyəti yerli universitet tələbələridir. Keyfiyyətsiz yeməkdən 10 inşaat işçisi də zəhərlənib.

Zəhərlənənlərdə qusma, başgicəllənmə, ürəkbulanma və ishal müşahidə olunub.

Hadisə ilə bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti