...

İtaliyada ermənipərəst parlamentar qanunsuz əməllərdə ittiham olunur

Dünya xəbərləri Materials 7 Dekabr 2019 15:19 (UTC +04:00)
Deputat Culio Çentemero (Giulio Centemero) korrupsiya qalmaqalı ilə əlaqədar olaraq çətin vəziyyətdədir.
İtaliyada ermənipərəst parlamentar qanunsuz əməllərdə ittiham olunur

Bakı. Trend:

İtaliya Parlamentində Ermənistanla Dostluq Qrupunun sədri, “Liqa” partiyasının xəzinədarı, deputat Culio Çentemero (Giulio Centemero) korrupsiya qalmaqalı ilə əlaqədar olaraq çətin vəziyyətdədir.

Trend-in məlumatına görə, Milan şəhər prokurorluğu tərəfindən 40 min avro dəyərində qanunsuz maliyyə əməliyyatlarında günahlandırılan C.Çentemero bu günlər İtaliya mətbuatının gündəmindədir.

C.Çentemeronun 2015-2016-cı illərdə İtaliyanın şimal və mərkəzi bölgələrində fəaliyyət göstərən genişmiqyaslı supermarketlər qrupu – “Esselunga S.p.A.”nın qurucusu olmuş Bernardo Caprotto ilə birlikdə hüquqi xidmətlər göstərdiyi “Più vocì” Assosiasiyasındakı səlahiyyətlərindən sui-istifadə edərək Assosiasiya üçün ayrılmış 150 min avronu qanunsuz şəkildə “Liqa” partiyasına məxsus “Radio Padania” radiosunun hesabına köçürməklə bağlı razılığa gəlindiyi, sonda isə həmin məbləğin 40 min avrosunun həmin radionun hesabına köçürüldüyü iddia olunur. Milan şəhər prokurorluğu tərəfindən aparılmış istintaq zamanı sözügedən köçürməyə dair faktlara rast gəlindiyi üçün Culio Çentemero barəsində həbs qətimkan tədbirinin seçilməsi tələbi ilə məhkəməyə müraciət edilib.

Bundan başqa, Culio Çentemeronun adı digər maliyyə qalmalında da hallanır. Belə ki, onun italyan sahibkar Luca Parnasi tərəfindən 250 min avro həcmində məbləğin qanunsuz şəkildə “Più vocì” Assosiasiyasına köçürülməsində də əlinin olduğu bildirilir.

Culio Çentemero İtaliya parlamentində erməni maraqlarının ən qatı təbliğatçısı kimi tanınır. Onun erməni təəssübkeşliyində əslən Livandan olan erməni mənşəli xanımla evliliyi də xüsusi rol oynayır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti